Ekologiya və təbii sərvətlər naziri Ağsu vətəndaşları qəbul edib


Digərləri 30 Mar 2019 13:18:28 261 0

Ekologiya və təbii sərvətlər naziri Ağsu vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay rayonlarının vətəndaşlarını qəbul edib

Bakı. Samir Əli - Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağsu şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağsu, Ucar, Kürdəmir, Şamaxı, Qobustan və Göyçay rayonlarının vətəndaşlarını qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl nazir Muxtar Babayev və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub. Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.