Nazir: "Ölkə üzrə qazlaşma səviyyəsi hazırda 95,7 faizə çatdırılıb" FOTO


Digərləri 30 Mar 2019 12:58:00 192 0

Nazir: "Ölkə üzrə qazlaşma səviyyəsi hazırda 95,7 faizə çatdırılıb"  FOTO

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, iclasda qaz təchizatı sahəsində mövcud vəziyyət, problemlərin aradan qaldırılması və sistemin dayanıqlı inkişafının təmin edilməsi, eləcə də icra intizamı, vətəndaşların qəbulu və müraciətlərin baxılması məsələlərinə dair müzakirələr aparılıb.

Bu gün Azərbaycanın, həmçinin qaz ölkəsi kimi tanındığını deyən energetika naziri bildirib ki, ölkədə təbii qaza olan daxili tələbat tam ödənilir. Həyata keçirilmiş qazlaşdırma işləri nəticəsində ölkə üzrə qazlaşma səviyyəsi hazırda 95,7%-ə çatdırılıb. Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı istiqamətində tədbirlər görülür. Nazir qaz təchizatının yaxşılaşdırılması, qaz itkisinin azaldılması, əhalinin qaz təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırılması, habelə qaz qurğularının təhlükəsiz və etibarlı istismarı ilə bağlı görülən işlərdən bəhs edib.

Sonra Neft-qaz siyasəti şöbəsinin müdiri Elxan Həşimovun qaz təchizatı sahəsində görülən tədbirlərə dair məruzəsi dinlənilib. Ölkənin qaz nəqli infrastrukturu, qaz paylayıcı şəbəkə, yeraltı qaz anbarları, qaz itkisi, qaz emalı və texniki baxışla əlaqədar mövcud vəziyyət və yeni təkliflər diqqətə çatdırılıb.


Xəbərə aid fotolar