“Atmamışdım, saxlamışdım” Evindən narkotik və əl qumbarası tapılan şəxs VİDEO FOTO


Kriminal 30 Mar 2019 12:31:00 270 0

“Atmamışdım, saxlamışdım”  Evindən narkotik və əl qumbarası tapılan şəxs  VİDEO  FOTO

Xətai Rayon Polis İdarəsinin əməkdaşları paytaxt sakini Teymur Vəliyevi özünü şübhəli apardığı üçün saxlayıblar. Son.az ARB TV-yə istinadən xəbər verir ki, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkarlanıb. Daha sonra saxlanılan şəxsin yaşadığı evə baxış keçirilib və oradan isə 500 qram marixuana metanfetamin və əl qumbarası aşkarlanıb. Teymur Vəliyev - Saxlanılan şəxs: "Narkotik vasitəni özüm istifadə edirdim. Əl qumbarasını da yaşadığım rayondan gətirmişdim. Narkotik 1 kibrit qutusunda idi, amma istifadə olunun vaxtdan toxumları atmamışdım, saxlamışdım". Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto