Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)


Digərləri 30 Mar 2019 12:30:00 192 0

Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə paytaxtda ağacəkmə aksiyası keçirilib.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) birgə təşkilatçılığı ilə paytaxtda ağacəkmə aksiyası keçirilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq paytaxt Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.