Ötən gün 37 nəfər saxlanılıb - Cinayət törətməkdə şübhəli bilinirlər


Digərləri 30 Mar 2019 12:02:00 192 0

Ötən gün 37 nəfər saxlanılıb - Cinayət törətməkdə şübhəli bilinirlər

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Samir Əli - Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılıb. Eləcə də, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 67 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.