3 otaqlı evdə yanğın


Digərləri 30 Mar 2019 11:58:00 204 0

3 otaqlı evdə yanğın

Saatlıda yanğın olub. 

Son.az-a FHN-dən verilən məlumata görə, rayonun Bəylik kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı 20 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.