"Nargis" fondu ölkəmizdəki səfirliklərin dəstəyi ilə yeni bir layihəyə imza atdı VİDEO FOTO
Digərləri 30 Mar 2019 11:14:59 268 0
Fəvvarələr meydanında tematik yarmarkaları ilə şəhərimizin qonaqlarını sevindirən "Nargis" fond ölkəmizdəki səfirliklərin dəstəyi ilə yeni bir layihəyə imza atdı. İlk dəfə olaraq ölkəmizdəki Misir Ərəb Respublikasının səfiri Adel İbrahim, Mərakeş Krallığının səfiri Adil Embarch, qardaş Türkiyənin səfiri Erkan Özöral, Bulqariyanın səfiri Nikolay Yankovun iştirakı ilə təşkil olunan bu görüşün mahiyyətini 2 saylı Uşaq evinin körpələrini Novruz münasibətilə təbrik etmək təşkil edirdi.
Sözügedən layihənin qeyri-adiliyi Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin səfiri, Misir Ərəb Respublikası, Mərakeş Krallığı, Türkiyə, Bulqariya və Tacikistan Respublikası səfirlərinin yoldaşlarının öz əlləri ilə körpələr üçün müxtəlif şirniyyatlar hazırlamağından ibarət idi. Mart 17-si "Ay qonşu" restoranında baş tutan bu görüşdə fəxri qonaqlarımız hazırladıqları dadlı təamları və müxtəlif hədiyyələri günün qəhrəmanlarına təqdim etdilər. Günün davamında qonaqlarımız fond tərəfindən təşkil olunan "Torpaq əlimdə, bahar ürəyimdə" xeyriyyə yarmarkası ilə tanış oldular və burada xoş zaman keçirdilər.
Mənbə: milli.az