Facebook illərlə istifadəçilərin şifrələrini


Digərləri 30 Mar 2019 08:51:00 192 0

Facebook illərlə istifadəçilərin şifrələrini

Facebook şirkəti illərlə istifadəçilərin yüz milyonlarla şifrəsini şifrələnməmiş vəziyyətdə saxlayıb. Sosial şəbəkə kibertəhlükəsizlik üzrə yazılar yazan jurnalist Brian Krebs-in bu barədə xəbər verməsindən sonra yaranmış sistem boşluğunu etiraf edib. Bu barədə Rusbase saytı xəbər verib. "Yanvar ayında planlı şəkildə keçirilmiş təhlükəsizlik yoxlanışı zamanı biz aşkar etdik ki, istifadəçilərin bəzi şifrələri Facebook-un daxili sistemlərində oxunula bilən formatda saxlanılıb. Bu, bizim sistemlərimizin şifrələri oxunula bilməyən formatda saxlanmasını təmin etməli olmasına baxmayaraq baş verib" - deyə Facebook şirkəti bildirib.

Son.az technote.az-a istinadən bildirir ki, Facebook şirkətinin təhlükəsizlik üzrə vitse-prezidenti Pedro Canahuati bildirib ki, şirkət artıq bu boşluğu aradan qaldırıb və yaxın zamanda şifrələri şifrələnməmiş şəkildə saxlanılmış istifadəçilərə bu barədə xəbər veriləcək. Baxmayaraq ki, Facebook şirkəti bildirib ki, o, sistem boşluğunu yanvar ayında aşkar edib, şirkət bu barədə məlumatı yalnız 19 martda Brian Krebs tərəfindən təqdim olunmuş məqalədən sonra verib. Jurnalist Brian Krebs öyrənib ki, bu sistem boşluğu 200-600 milyon istifadəçini əhatə edib və onların şifrələri 2012-ci ildən bəri şifrələnməmiş vəziyyətdə saxlanılıb.