Məşhur rejissor vəfat etdi


Dünya 30 Mar 2019 08:47:00 249 0

Məşhur rejissor vəfat etdi

Fransız rejissor, sənədli filmlər müəllifi və ssenariçi Anyes Varda 90 yaşında vəfat edib.

Son.az Reuters-ə istinadən bildirir ki, xərçəng xəstəsi olan tanınmış rejissor evində keçinib.

A.Varda 1950-ci illər kinematoqraında fransız "Yeni dalğa"sının müəlliflərindən biri sayılır. O, "Kleo 5-dən 7-dək", "Səadət", "Nantdan olan Jako", "Damsız, qanundan kənar", "Yığanlar və yığıcı qadın", "Vyetnamdan uzaqda" bədii filmlərini çəkib. O, Bernardo Bertoluççinin "Parisdə son tanko" filminin ssenari müəlliflərindən biridir.