Astarada tapança və əl qumbaraları tapılıb FOTO


Digərləri 30 Mar 2019 08:33:00 239 0

Astarada tapança və əl qumbaraları tapılıb  FOTO

Astara rayonunda tapança və əl qumbaraları tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, martın 29-da saat 22:22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Agentliyə Astara rayonu, Qamışovka kəndi ərazisində 2 ədəd F-1 əl qumbarasının və tapançanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar