Vətəndaşlara sosial mənzil satmaq adı ilə dələduzluq edən şəxs həbs edildi


Digərləri 30 Mar 2019 08:02:00 269 0

Vətəndaşlara sosial mənzil satmaq adı ilə dələduzluq edən şəxs həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fərid Cəfərxanlı və Könül Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F. Cəfərxanlı 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə iclas zalında həbs olunub.

K. Kərimova isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hər iki şəxs vətəndaşların etibarından sui-istifadə edərək onların, ümumilikdə, 85 min 785 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.