Azərbaycanda proqramçılar nə qədər əmək haqqı alır?


Digərləri 30 Mar 2019 08:05:00 252 0

Azərbaycanda proqramçılar nə qədər əmək haqqı alır?

Yerli IT ekosisteminin nümayəndələrini tez-tez Azərbaycanda IT sahədə iş barədə suallar maraqlandırır. "Ən çox tələbat nəyədir?", "müəyyən vəzifənin məvacibi nə qədər olmalıdır?", "hansı texnologiyalar aktiv istifadə olunur?", "tələbat nəyədir?" və sair bənzər suallara cavab tapmaq üçün bu sahənin əsas üzvləri olan - proqramçılar arasında kiçik bir sorğu keçirdik. Sorğu onlayn formada və iştrakçıların anonimliyini qorumaq şərti altında keçirilmişdir. İştrakçıları sorğunun konfidensiallığında əmin etmək üçün sorğuda heç bir e-mail, əlaqə nömrəsi, işlədiyi müəssənin adı soruşulmamışdır. Proqramçıların yer aldığı xüsusi qruplarda keçirilən bu sorğuda toplam 169 nəfər proqramçı iştirak etdi. Sorğunun nəticələrini şərh edərək sizlərlə bölüşürük.

Azərbaycanda bilinən texnologiyalar

Son.az technote.az-a istinadən bildirir ki, hesablamalara ilk öncə yerli proqramçıların hansı biliklərə yiyələnmiş olduqlarını öyrənməkdən başladıq. Qeyd edək ki, aşağıda gördüyünüz cədvəldə dil və ya "framework" kimi bölünmələr yoxdur. Söhbət ümumən bütün sahə ilə əlaqədar olan texniki biliklər barədədir. Cədvəl faiz dərəcələri əsasında formalaşıb. Məsələn, sorğuda iştirak etmiş 169 nəfərdən 87.6 faizi HTML texnologiyasını bildiyini qeyd edib. 

İş yerlərində istifadə olunan texnologiyaların reytinqi

Sorğunu tərtib edərkən bilərəkdən proqramçıların bildikləri texnologiyalar hissəsi ilə iş yerlərində onlardan tələb olunan texnologiyaları ayırdıq. Məsələ burasındadır ki, adətən proqramçılar biliklərə tələbat əsasında yox, maraq nəticəsində yiyələnirlər. Məsələn, yuxarıdaki cədvəldə gördüyünüz kimi iştirakçılardan 2.4 faizi GO proqramlaşdırma dili bilirlər, lakin yalnız 1.2 faizi bu biliklərini iş yerində istifadə edir. Bu o deməkdir ki, ya proqramçı bu dili  şəxsi marağı olduğu üçün öyrənib və ya dil ona öncəki iş yerində lazım idi. Aşağıdakı cədvəldə iş yerlərində istifadə olunan texnologiyaların sıralamasını görürsünüz.

Biliklərin yararlılıq göstəriciləri

Öncəki iki reytinqi "toqquşduraraq" yararlılıq göstəriciləri formalaşdırmağı qərara aldıq. Az öncə qeyd etdiyimiz kimi, əksər hallarda proqramçılar biliklərə tələbat əsasında deyil, maraq nəticəsində yiyələnirlər. Bəs bu marağ nə qədər özünü doğrulda bilir deyə bir sual ortaya çıxardıq. Və nəticədə hər iki reytinqi bir-biri ilə qarşılaşdırdıq. aşağıdakı qrafik bizə çox maraqlı nəticələr gösərir. HTML, CSS, PHP və Jquery kimi biliklər özlərini doğruldurlar. Mysql, Git və Bootstrap-ın istifadə faizləri çox sürətlə düşmüş olduğu üçün onların çox tanınmalarına nisbətən şirkətlərdə o qədər də zəruri olmadıqlarını görürük.

Proqramlaşdırma dili öyrənmək istəyirsən? - REKLAM 

Linux ƏS az tanınır və istifadəsi də çox aşağıdır. Spring çox maraqlı nəticə göstərir. Bütün istifadə göstəriciləri aşağı düşməyə davam edərkən Spring sürətlə qalxıb özünə olan maraq dərəcəsinə yaxınlaşır. PHP OOP və Javamüqaisələri də maraqlı nəticə göstərirlər. Sass texnologiyası isə təəssüf ki, ümumiyyətlə lazımsız kimi görsənir. Maraq nəticəsində çox bilinsə də, iş yerlərində tələbatın o qədər də olmadığını görürük. Yaxın qonşusu Pythondaha yüksək nəticə göstərir. Qrafikin ən sonunda olan Kotlin-i gözdən qaçırmayın. Az tanısa da və az tələb olunsa da tələbat bütünlüklə marağı qarşılamış olur, və bu texnologiyanın perspektivli olduğunu göstərir.

Sahə

Nəticələr onu göstərir ki, ölkədə tələbat ən çox web sahəyədir. Qlobal bazarda mobil tətbiqlər bumunun çoxdan bitdiyini, web texnologiyalarının isə durmadan sabit formada inkişaf etdiyini nəzərə alsaq, göstəricilərin belə olması heç bir təəccüb doğurmur. Həmçinin nəzərinizə çatdıraq ki, sahə olaraq oyun developerlərinin də mövcud olması bizim marağımızı cəlb etdi. Dünya bazarında "mobile app" sahəsinin getdikcə sırf mobil oyun və ya sadəcə oyun developmentinə tərəf meyilləndiyini bildiyimiz üçün yerli IT ekosistemdə də gələcəkdə oyun yaratmaq həvəskarlarının artacağına ümid edirik.

Yön

Burada hansı sahəyə baxsaq backend tərtibatçıların çoxluğunu görürük. Hətta maraqlı bir fakt ilə də qarşılaşdıq ki, frontend yönündə işləyənlər təcrübələrinin 3 ilə qədər olduğunu dedikləri zaman, daha çox təcrübəsi olan backender-lərin bilikləri sırasında frontend yönünün texnologiyaları az deyildi. Bununla biz yerli ekosistemdə bir növ zamanla "backend-ləşmənin" baş verdiyini deyə bilərik.