İnstitut direktoru: Uzunömürlülərin sənəddə göstərilən doğum tarixi çox zaman öz təsdiqini tapmır


Digərləri 30 Mar 2019 08:04:34 178 0

İnstitut direktoru: Uzunömürlülərin sənəddə göstərilən doğum tarixi çox zaman öz təsdiqini tapmır

İndiyə qədər Azərbaycanın müxtəlif ərazilərində yaşayan 500-dən çox uzunömürlünün yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) olunub.

Bakı. İlhamə İsabalayeva – İndiyə qədər Azərbaycanın müxtəlif ərazilərində yaşayan 500-dən çox uzunömürlünün yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) olunub. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib. Onun sözlərinə görə, çox zaman uzunömürlülərin şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi öz təsdiqini tapmır. U.Həşimova qeyd edib ki, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəd yaşı üst-üstə düşmür: