“UC Browser” brauzerində boşluq aşkarlanıb


Digərləri 30 Mar 2019 07:31:00 206 0

“UC Browser” brauzerində boşluq aşkarlanıb

"Doktor Veb" şirkəti populyar mobil brauzerdə hakerlərə istifadəçi qurğularını viruslarla yoluxdurmağa imkan verən boşluq aşkarlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, potensial təhlükəli virus "Google Play" mağazasında 500 milyon dəfədən çox yüklənən "UC Browser" brauzerində aşkarlanıb. "Google Play" serverlərini dəf edərək zərərli kodu və yardımçı proqram modullarını yükləməyə imkan verən səhv minimum 2016-cı ildən mövcuddur.

Məsələn, "UC Browser" brauzeri ekspertlər tərəfindən təhlil edilən zaman məsafəli serverdən zərərli olmayan və "MS Office" ofis paket sənədləri, eləcə də "PDF" formatlı fayllarla iş üçün nəzərdə tutulan "Linux" əlavəsini yükləyib.