“Əşyalar interneti” üçün şəbəkələr quranlar artır


Digərləri 30 Mar 2019 07:01:00 273 0

“Əşyalar interneti” üçün şəbəkələr quranlar artır

Martda "NB-IoT" (narrowband IoT) və ya "LTE-M" texnologiyaları əsasında şəbəkələr quran dünya mobil operatorlarının sayı 102-yə çatıb. Bu barədə Beynəlxalq Mobil Həll Tədarükçüləri Assosiasiyasının (Global mobile Suppliers Association - GSA) məlumatında deyilir.  

Son.az ICTnews-a istinadən bildirir ki, "NB-IoT" və ya "LTE-M" ümumilikdə 52 ölkədə fəaliyyət göstərir, 19 ölkədə isə 20 operator tərəfindən hər iki texnologiyadan istifadə edilir.

"NB-IoT" "Əşyalar interneti"nin inkişafı üçün rəqabətli həllərlə müqayisədə enerji səmərəliliyi ilə fərqlənən və qısa məlumatları yüksək sürətlə ötürmək qabiliyyətinə malik əsas rabitə standartıdır. "NB-IoT" standartına keçmək üçün operatorların infrastrukturu yenidən qurmasına ehtiyac yoxdur. Belə ki, baza stansiyalarının lazımi əhatə dairəsini təmin edəcək proqram təminatını yeniləmək yetərlidir.