İsveçrənin tanınmış musiqiçiləri Bakıda çıxış edəcəklər


Digərləri 30 Mar 2019 04:42:00 213 0

İsveçrənin tanınmış musiqiçiləri Bakıda çıxış edəcəklər

Beynəlxalq Muğam Mərkəzində isveçrəli tanınmış musiqiçilər çıxış edəcəklər.

Bakı. Martın 30-da Beynəlxalq Muğam Mərkəzində saat 19.00-da isveçrəli musiqiçilər Mark Aymon və Efraim Salzman tamaşaçıların önündə çıxış edəcəklər. Trend-in məlumatına görə, Frankofoniya həftələri çərçivəsində “Ah gözəl yay! Əbədi nəğmələr” adlı konsertdə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.