Beynəlxalq Muğam Mərkəzində Nəsimi axşamı (FOTO)


Digərləri 30 Mar 2019 02:41:50 211 0

Beynəlxalq Muğam Mərkəzində Nəsimi axşamı (FOTO)

İmadəddin Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçirilib.

Bakı. Beynəlxalq Muğam Mərkəzində “Qəzəllər” layihəsi çərçivəsində, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçirilib. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edib. R.Hüseynov Azərbaycan Prezidentinin 2019-cu ili "Nəsimi ili" elan etməsinin Azərbaycan mədəniyyəti, azərbaycan ədəbiyyatı üçün çox müstəsna əhəmiyyəti olan bir sənəd kimi qiymətləndirib: "1920-30-cu illərdə Bakıda vaxtaşırı olaraq Şərq gecələri, Şərq konsertləri təşkil edilərmiş və indi köhnə illərin yadigarı olan afişalara baxarkən həmin axşamları ən seçkin sənətkarların ifalarının bəzəriyinə şahid kəsilirsən. Asta-asta bu xoş ənənənin də bərpası səmtində işlər görülür. Bu axşam Muğam Mərkəzində bir ilkə imza atıldı.Yalnız Nəsimi qəzəllərindən ibarət muğamlar səsləndi. Cavan xanəndələrimiz Ehtiram Hüseynov, Babək Niftəliyev və Səbuhi İbayevin ifalarından öncə isə mən İmadəddin Nəsimi haqqında düşüncələrimi bölüşdüm". Gecədə Beynəlxalq Muğam Mərkəzinin solistləri, əməkdar artistlər Səbuhi İbayev Ehtiram Hüseynov və Babək Niftəliyevin ifasında “Zabul segah” dəstgahı səslənib.