Günün qoroskopu: Aktivliyi azaldın, təhlükəli dövrün keçməsini gözləyin


Digərləri 30 Mar 2019 00:01:00 212 0

Günün qoroskopu: Aktivliyi azaldın, təhlükəli dövrün keçməsini gözləyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - hadisələrdə proqnozlaşdırılmayan fərqlər və yeniliklər, qəfil xəbərlər, maraqların yeni nəsnəyə cəlb ediləcəyi gündür.

Səfərlər və aviauçuşlar məsləhət deyil.

Uzaq qohumlar və tanışlarla təmaslar qıcıq, sinir, stress yarada bilər.

İntellektual fəaliyyət, çətin məsələlərə həll axtarışı ilə məşğul olun. Amma risk etməyin. Riskli istənilən məşğuliyyət ciddi problemlər yarada bilər.

Hiyləgərlik etməyin, başqalarının işlərinə qarışmayın.

Sevdiyiniz işlə məşğul olun, problemlərin sizi çulğamasına imkan verməyin.

Buğa - qarğaşalı, tələsik, qarışıq, "qəza"lı və qadalı gündür. Hərəkətlərinizi məhdudlaşdırın, insanların gur olduğu yerlərdə olmamağa çalışın.

Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik hiss olunacaq.

Karmik düyünlər yaranacaq, önəmli münasibətlərdə sizə indiyədək qaranlıq qalan məqamlar aşkarlanacaq.

Qərar qəbul etməkdə gecikməyin, amma tərəfdaşlarınızın və ailə üzvlərinizin reaksiyalarına diqqət yetirin. İmpulsiv hərəkətlər etməyin.

Yeni iş və maraq istisna deyil. Səfərdə ehtiyatlı olun. Evdəki bütün təmir işlərini təxirə salın. Elektrik işləri görməyin.

Əkizlər - gələcəklə bağlı perspektiv planlar və məqsədlərin müəyyənləşdirilməsi sərt rəqabətdə, mübarizədə keçə bilər. Hissiyatınızın sizə deiklərinə diqqət verin, az sonra hərəkət istiqamətinizi dəyişə biləcək hadisələrin məcrasını müəyyənləşdirin.

Tərəfdaşlarınız arasında dəyişiklik ola bilər. İşgüzar həyatda və şəxsi münasibətlərinizdə yenilik olacaq.

Uğurlarınız, imic və işləriniz qəfil situasiyalar və yeniliklər sınağından keçir. Həyatınıza daxil olan subyektin qarşısını almayın. Bu proses stress yaratsa da, qətiyyətli olun.

Nəyisə "ölü nöqtə"dən tərpətməyə çalışın, perspektivlərinizi müəyyənləşdirin.

Xərçəng - tərəfdaşlarınızla iradları minimuma endirin. Əməkdaşlığına əhəmiyyət verdiyiniz insanla münasibətləri korlamayın. İş zamanı qəflətən yaranan problemlərin həllini gecikdirməyin, radikal addımlar atın.

Bu gün nəyinsə dağılması, bir kənara atılması mümkündür. Fəqət öz təşəbbüsünüzlə nə işlərinizdə, nə münasibətlərinizdə eksperimentlərlə məşğul olmayın.

Təhlükəsizliyinizin təminatına çalışın. Axşam saatlarında adamların az olduğu yerlərdə dolaşmayın, başqalarına təzyiq və təsir göstərməyin. İşlərin adi, rutin məcrasına ciddi dəyişikliklər etməyin.

Emosiyalarınıza hakim olun.

Şəxsi münasibətlərdə inciklik üçün səbəb aramayın, sevdiyiniz insanların kiçik səhvlərini bağışlayın.

Şir - aktivliyi azaldın, sürəti aşağı salın və plan üzrə hərəkət edin. Uran fəal olduğundan sayıq davranın, informasiya və texnika ilə ayıq, ehtiyatlı davranın.

İş yerində münaqişələr mümkündür. Belə qarşıdurmaları "beşik"də boğun.

Ambisioz insanın hücumu ilə qarşılaşanda dərhal cavab verməyə tələsməyin. Situasiyanın tam bəlli olmasını gözləyin.

Günün ikinci yarısında aktiv və təşəbbüskar olun. Qərar, tələb, açıqlama ilə ətrafınızdakı insanlara təsir edin.

Batininizdəki ilk impulsu boğsanız, böyük üstünlük əldə edəcək və enerji axınını konstruktiv məcraya yönəldəcəksiniz.

Qız - bu gün planlaşdırılmamış xərclər və həmin səbəbdən ailə üzvləri, ya da iş yoldaşları ilə mübahisələr yarana bilər. Bu gün istənilən məsələdə təkidli və inadkar olaraq öz fikrinizi yeritməyə çalışmayın. Belə davranış sizə qarşı işləyə bilər.

Problemlərə reaksiyasını emosional olmayan səviyyəyə keçirin.

İşgüzarlıq və aktivliyi yüksək səviyyədə saxlayın, amma özünüzü çox yormayın. Səhhətlə bağlı problemlər yarana bilər.

Qayğı və ya yardım təklifi alanda inad etməyin.

Əlavə iş götürməyin, amma işinizin zəif bəndlərini nəzarətdə saxlayın.

Evdə istənilən formada təmiri təxirə salın.

Tərəzi - işgüzar münasibətlərdə və tərəfdaşlıqda çevriliş baş verə bilər. Yeniliklərin miqyası əvvəllər yaranmış şəraitindən və formalaşmış şərtlərdən asılıdır.

Yeni təkliflər səslənərsə, düşünmək və perspektivləri dəyərləndirmək üçün tələsməyin.