"YouTube" dünya mobil trafikinin 37 faizini generasiya edir


Digərləri 29 Mar 2019 23:33:00 267 0

"YouTube" dünya mobil trafikinin 37 faizini generasiya edir

Kanadanın "Sandvine" şirkəti tədqiqat apararaq dünyada mobil trafikin əksər hissəsinin "YouTube" videohostinqi tərəfindən istifadə olunmasını müəyyənləşdirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "YouTube" digər servislər arasında böyük fərqlə liderdir: platforma dünya mobil trafikinin 37 faizini generasiya edir. Bununla yanaşı, "Facebook" və "Snapchap" əlavələrində bu göstərici müvafiq olaraq 8,4 və 8,3 faiz təşkil edir. İnternet trafikində ən böyük paya malik "Netflix" isə ümumilikdə mobil trafikin 2,4 faizini generasiya edir.

Bildirilir ki, istifadəçi sayında böyük fərqə baxmayaraq "Snapchat" və "Facebook"un mobil trafik üzrə generasiya göstəricisi eynidir. Bu, "Snapchap" servisinin diqqəti daha çox videokontentə yönəltməsi ilə izah edilir.