Spirtli içkinin hansı dozası xərçəng yarada bilər?


Digərləri 29 Mar 2019 23:20:00 258 0

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər?

Sauthempton Universiteti Klinikasının tədqiqatçıları Banqor Universitetindən olan həmkarları ilə birlikdə orta səviyyədə spirtli içki qəbulu ilə xərçəng xəstəliyinin inkişafı riski arasında qarşılıqlı əlaqəni qiymətləndirib. Alimlər araşdırmanı siqaret çəkənlər və çəkməyənlər arasında aparıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə elmi araşdırmanın nəticələri "MedicalExpress" nəşrində dərc olunub.

Elmi işin müəlliflərinin yazdığına görə, həftə ərzində bir şüşə şərab qəbul edən siqaret çəkməyən insanlarda xərçəngin inkişafı riski - kişilərdə 1%, qadınlarda isə 1,4% təşkil edir.