Kahının inanılmaz faydaları arıqlama, cavanlaşma, gözəl dəri


Digərləri 29 Mar 2019 23:24:00 263 0

Kahının inanılmaz faydaları  arıqlama, cavanlaşma, gözəl dəri

Kahı göyərti deyil, yarpaq tərəvəzi sayılır. Kahının müxtəlif növləri var - açıq yaşıl tünd qırmızı rənginə kimi. Kahının bütün növləri olduqca faydalıdır.

Kahı bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Kahıda A, B qrupu, E, PP,C karotin kimi vitaminlər, kalsium, maqnezium, kalium, fosfor və s. faydalı mikroelementlər var.

Yaz aylarında insan orqanizmi avitaminozdan əziyyət çəkir. Bu vəziyyətdə kahı kimi zəngin vitamin-mineral mənbəyi bizə çox yaxşı kömək edə bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, kahının tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu da var. Fol turşusu qanyaratma, sinir sistemi üçün çox vacibdir. Hamilə qadınlar üçün bu vitamin ən əsas rollardan birini oynayır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır. Məhz bu səbəbdən qadınlara hələ hamiləliyin planlaşdırılması mərhələsində və sonra hamiləliyin ilk günündən sonuna kimi fol turşusu təyin olunur.

Əmizdirən analar da kahını öz qidalanmasına daim daxil etməlidir. Belə hesab olunur ki, kahı südün ifrazını artırır.

Kahı təbii liflərlə zəngindir və bu səbəbdən bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, orqanizmdən duzları, şlakları, toksinləri, artıq xolesterini və digər ziyanlı maddələri çıxardır.

Kahı mübadilə prosesləri yaxşılaşdırır.

Kahı həmçinin qanın laxtalanmasını yaxşılaşdırır, anemiya zamanı yaxşı kömək edir.

Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün faydalıdır.