Gənclərdə aşkarlanan ürək probleminin sirri


Digərləri 29 Mar 2019 23:13:00 249 0

Gənclərdə aşkarlanan ürək probleminin sirri

Aritmiya - ürək-damar sisteminin geniş  yayılmış bir xəstəliyidir. Bu problem son zamanlar gənclər, hətta yeniyetmələrdə də aşkarlanır. 

Mersatel aritmiya kardioloq və aritmioloqa müraciət etmək üçün ciddi səbəbdir.

Son.az medicina.az-a istinadən dəbdə olan xəstəliyin əlamətlərini təqdim edir.

Aritmiya ürək əzələsinin xəstəliyi olub, ürəyin yığılıb açılması hərəkətləri tezliyinin pozulmasıdır. 

Yaranma səbəbləri:

-Kəskin və xroniki ürək əzələri xəstəlikləri - miokardit, perikardit, anadangəlmə və qazanılmış ürək qüsuru -Döş qəfəsinə zərbə, travma nəticəsində daxili orqanlara təzyiq -Bir çox dərmanların doza həddinin aşılması -Narkotik maddələr -Orqanizmin uzun müddət susuzlaşması -Alkoqol  -Qanxanvari vəzi hormonal pozuntular

Aritmiya zamanı ürək yığılmalarının sayı və impulsu artır, ritm pozulur, təzyiqi ölçdükdə nəbz 120-ni keçir.

Aritmiya uzun müddət simptomsuz, gizli keçir, ciddi əlamət vermir. Əgər biruzə verdisə, ikiqat güclü təsirlə başlayır.