Xərçəngdən bu yollarla qorunun Vacib tövsiyələr


Digərləri 29 Mar 2019 23:15:00 50 0

Xərçəngdən bu yollarla qorunun  Vacib tövsiyələr

Xərçəng bütün dünyada ürək və damar xəstəliklərindən sonra ən çox ölümə yol açan xəstəlikdir.

Son.az xəbər verir ki, inkişaf etməkdə olan ölkələrdə bu xəstəliyin yayılma faizi artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq xərçəng araşdırmalarını apardığı GLOBOCAN adlı layihənin nəticələrinə görə, ötən il 18 milyon insana xərçəng diaqnozu qoyulub. Bu xəstəlikdən ölənlərin sayı isə 9,5 milyonu keçib.

Bəs xərçəngdən qorunmağın yolları varmı?

Xərçəng xəstəliyinin yaranmasında genetikanın 5-10, ətraf mühitin isə 90-95% rolu var. Bu ətraf mühit faktorlarının 30%-ni isə qida rasionu təşkil edir. Dolayısı il sağlam qidalanaraq xərçəng riskini 30-% aşağı salmaq mümkündür. Üstəlik, sağlam qidalanma ilə yanaşı, hər gün 30 dəqiqə nizamlı yürüş etmək və ideal çəkidə qalmaqla bu faizi 40-a çıxara bilərsiniz.

Sağlam qidalanmaya dair tövsiyələr

1. Çoxçeşidli tərəvəz və meyvələrdən istifadə edin.

Aparılan araşdırmalar sayəsində məlum olub ki, gündəlik meyvə və tərəvəz tələbatını təmin edənlər etməyənlərlə müqayisədə 10 faiz daha az xərçəng riski daşıyır. Bunun üçün hər gün mümkün qədər fərqli rənglərdə tərəvəz və meyvə yeyin. Çünki nə qədər fərqli rəngdə yesəniz, antioksidant çeşidi o qədər çox olar. Qadınlar gündə 2-3, kişilər isə 3-4 porsiya meyvə yeməlidir. Tərəvəzlər həm vitamin, həm də mineral qaynağıdır. Bu cür qidalanma, xüsusilə, həzm sistemi orqanlarını xərçəngdən qoruyur. Gündə 2-3 qab çiy, 6-8 yemək qaşığı zeytun yağı ilə bişmiş tərəvəz yeməyi vərdiş halına gətirin. Meyvə-tərəvəzin mövsümü olmasına diqqət edin.

2. Taxıl və paxlalılar fəsiləsinə yaxın olun

Məşhur pəhriz menyuları sayəsində tək tip qidalanma faizləri artıb. Ancaq yaxşı qidalanmaq demək hər qidadan yetəri qədər qəbul etmək deməkdir. Yəni tək tip qidalanırsınızsa, əslində, sağlam qidalanmırsınız. Buna görə də karbohidratı həyatınızdan çıxarın. Taxıl B1 vitamini qaynağıdır.

B1 həm bədənin enerji sisteminin işləməsi üçün vacibdir, həm də xoşbəxtlik hormonu kimi tanıdığımız "serotonin"in əsas maddəsidir. Sağlam olmaq fiziki və ruhi baxımdan yaxşı halda olmaqdır.

Depressiya immun sistemini çökdürərək xərçəng də daxil olmaqla, bir çox sistematik xəstəliyin yaranma riskini artırır. Buna görə də hər gün tam buğda unundan çörək, yulaf, şorba və bukqur kimi taxıl qaynaqlı, həftədə minimum 2 dəfə mərci, paxla və noxud şorbası içməyə üstünlük verin.

Göyçayda naməlum avtomobil piyadanı vurdu like
  • 29 Mar 23:11  
Digərləri Göyçayda naməlum avtomobil piyadanı vurdu

Göyçagda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
"İstərdim ki, Rəmiş məni müşayiət etsin"  Türkan like
  • 29 Mar 23:09  
Şou-biznes "İstərdim ki, Rəmiş məni müşayiət etsin" Türkan

Müğənni Türkan Vəlizadə ifalarından birində onu Rəmişin müşayiət et

arrow Ətraflı
Hadisənin arzusu ürəyində qaldı like
  • 29 Mar 22:57  
Digərləri Hadisənin arzusu ürəyində qaldı

Məşhur türk müğənnisi hadisə İstanbulun Bebek səmtində lüks bir mənz

arrow Ətraflı
Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir like
  • 29 Mar 22:55  
Digərləri Çaydan düzgün istifadə edilməsi faydalı nəticələr verir

Çayın yaşıl, qara və ağ növləri var və onu düzgün qəbul etmədikdə

arrow Ətraflı
Özünü xəstəxananın damından atdı like
  • 29 Mar 22:52  
Digərləri Özünü xəstəxananın damından atdı

Türkiyənin Adana şəhərində intihar hadisəsi baş verib.

arrow Ətraflı
Dəfnə yarpağının dəmləməsi ilə böyrəklərin təmizlənməsi like
  • 29 Mar 22:50  
Digərləri Dəfnə yarpağının dəmləməsi ilə böyrəklərin təmizlənməsi

Dəfnə yarpağı yaxşı sidkqovucu, iltihab və mikrobəleyhinə təsirə mali

arrow Ətraflı