Lotereyada 768 milyon dollar udub


Digərləri 29 Mar 2019 21:50:00 229 0

Lotereyada 768 milyon dollar udub

ABŞ-da keçirilən Powerball milli lotereyasında 768 milyon dollar dəyərində "cekpot"un qalibi müəyyən edilib. İriməbləğli uduş Viskonsin ştatının hələ adı açıqlanmayan sakininə qismət olub. Martın 27-də keçirilmiş lotereyanın oynanılması zamanı çıxan uğurlu rəqəmlər 16, 20, 37, 44, 63, Powerball isə 12 olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu uduş ABŞ tarixində məbləği ən yüksək olan üçüncü "cekpot"dur. Əgər uduşun qalibi həmin pulu nağd şəkildə alarsa, o zaman vergilər və rüsumlar hesablandıqdan sonra ona 477 milyon dollar ödəniləcək.