Paytaxtda təbii qazın verilişində olan məhdudiyyət


Digərləri 29 Mar 2019 21:47:00 202 0

Paytaxtda təbii qazın verilişində olan məhdudiyyət

Paytaxtın Binəqədi və Nizami rayonları ərazisində təbii qazın verilişi məhdudlaşdırılıb.

Son.az bildirir ki, Sputnik Azərbaycan-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev qeyd edib ki, məhdudiyyətə səbəb görülən təmir işləridir:

"Hər iki rayonda yeni çəkilən və diametri 315 milli metrlik olan yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi təbii qazın verilişndə məhdudiyyətə səbəb olub. Bundan başqa, Kürçaylı və Şərifli küçələrinin kəsişməsinə düşən avtomobil yolunun yenidən qurulması ilə bağlı olaraq tikinti sahəsinə aid yeraltı qaz xəttində də təmir işləri gedir. Belə ki, diametri 373 milli metrlik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmir olunması Nizami rayonunun Qara Qarayev, Süleymanov, Bəhruz Nuriyev, Naxçıvanski, Rüstəmov, Manafov və Nəvai küçələrində təbii qazın verilişində fasilələrin yaranması ilə nəticələnib".