Həyat yoldaşı ilə mübahisə etdi, 12 metrdən aşağı atdı


Dünya 29 Mar 2019 21:23:00 204 0

Həyat yoldaşı ilə mübahisə etdi, 12 metrdən aşağı atdı

Türkiyənin paytaxtı Ankarada avtobus terminalında dəhşətli hadisə baş verib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 30 yaşlı Cem adlı şəxs mübahisə etdiyi həyat yoldaşını qucağına alaraq 12 metr yüksəklikdən aşağı atıb.

Ağır xəsarət alan qadın ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Cem isə polis idarəsinə gedərək təslim olub.

O, ilkin ifadəsində bildirib ki, həyat yoldaşı İstanbula qardaşının yanına getmək istəyib. Lakin Cem buna qarşı çıxdığı üçün evdə mübahisə düşüb və qadın evdən çıxaraq avtobus terminalına gedib.

Mübahisə terminalda da davam edib və qəsdən adam öldürməyə təşəbbüslə nəticələnib.

Videonu izləmək üçün şəklə klikləyin:

Son.az