Fransa sahillərində delfinlərin rekord tələfatı qeydə alınıb


Dünya 29 Mar 2019 21:20:00 263 0

Fransa sahillərində delfinlərin rekord tələfatı qeydə alınıb

2019-cu ilin ilk üç ayı ərzində Atlantik okeanından Fransa sahillərinə 1100 delfin cəsədi atılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "La Rochelle" Milli Elmi Tədqiqat Mərkəzinin məlumatına əsasən, bu, son 40 ilin ən yüksək göstəricinin qeydə alındığı ötən illə müqayisədə rekord tələfat halıdır.

Ekspertlər bu dəniz heyvanlarının kütləvi tələfatını balıqçılıq sənayesi ilə əlaqələndirirlər. Eyni zamanda, heyvanların müdafiəsi hərəkatının fəalları Fransanın Ekologiya Nazirliyindən delfinlərin xilası üzrə milli təşəbbüsün tətbiqini tələb edirlər.