Rusiyalılar bundan sonra muzeyqoruqların sərhədində yerləşən su hövzələrində çimə bilməyəcəklər


Digərləri 29 Mar 2019 21:02:00 215 0

Rusiyalılar bundan sonra muzeyqoruqların sərhədində yerləşən su hövzələrində çimə bilməyəcəklər

Rusiyalılar bundan sonra muzey-qoruqların hüdudları daxilində yerləşən su hövzələrində nə çimə, nə də kabab bişirə biləcəklər. Bu gündən təbiət abidələri sayılan su ehtiyatlarının mühafizə olunmasına dair qanun qüvvəyə minib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu qanun Federasiya Şurasının spikeri Valentina Matviyenkonun rəhbərliyi ilə deputat və senator qrupu tərəfindən işlənib hazırlanıb. Su Məcəlləsinə və "Muzey fondu haqqında" Qanuna dəyişikliklər rusiyalıların muzey-qoruqlarda yerləşən çay, göl və digər su hövzələrinin sahil xətlərində olması qaydalarını dəqiqləşdirir.

Rusiyada 12 muzey-qoruğun su ərazisi ilə əlaqəsi var. Onların hamısında su hövzələrinin mühafizəsi ilə bağlı buna bənzər problemlər mövcuddur. Təşəbbüsün müəllifləri qeyd ediblər ki, qoruq olan su obyektlərində vətəndaşların nəzarətsiz olması təkcə orada ekskursiyalar keçirməyə maneçilik törətmir, həm də təbiət abidələrinin qorunmasına təhlükə yaradır. Bununla yanaşı, Su Məcəlləsi rusiyalılara bu vaxtadək onların şəxsi və məişət ehtiyacları üçün istifadə hüququ verirdi.