Tovuzda “VAZ” aşdı, ölən və yaralananlar var


Digərləri 29 Mar 2019 20:54:00 188 0

Tovuzda “VAZ” aşdı, ölən və yaralananlar var

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən məlumatına görə, hərəkətdə olan "VAZ 2106" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişin, Ağdaş rayon sakini Qiyas Əbilov hadisə yerində ölüb. Sürücü və iki sərnişin isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar