Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə


Digərləri 29 Mar 2019 20:24:00 225 0

Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə

Naxçıvan Ali Məclisinin deputatı Anar İbrahimov martın 28-də Ermənistanda keçirilən Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (Conference of Regional and Local Authorities for the Eastern Partnership - CORLEAP) 14-cü Büro toplantısında iştirak üçün Yerevana gedib. 

Son.az Oxu.az-a istinadən bildirir ki, o, Yerevanda Göy Məscidi ziyarət edib. 

"Bu gün fürsət tapıb Yerevanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdır. Ziyarət və ibadət etdim. Yerevanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizi özümüzə və özgələrə xatırlatmağa davam edəcək", - deputat bildirib.


Xəbərə aid fotolar