Əfqanıstanda daşqınlar 19 nəfəri öldürdü


Dünya 29 Mar 2019 20:09:00 181 0

Əfqanıstanda daşqınlar 19 nəfəri öldürdü

Əfqanıstanın qərb və şimal hissələrində daşqınlar nəticəsində azı 19 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, şiddətli yağıntıların səbəb olduğu daşqınlar Herat, Badgis və Fəryab əyalətlərində ciddi fəsadlar törədib.

Bundan başqa, 20-dən çox sakin xəsarət alıb, 10-dan çox şəxs itkin düşüb.