18 yaşlı forvard həftədə 100 min avro qazanacaq


İdman 29 Mar 2019 19:36:00 322 0

18 yaşlı forvard həftədə 100 min avro qazanacaq

Chelsea forvard Kallum Xodson-Odoini buraxmamaq üçün bütün variantları nəzərdən keçirir.

Goal.az Evening Standard nəşrinə istinadən xəbər verir ki, London klubu 18 yaşlı hücumçuya əsas futbolçular qədər məvacib verməyi düşünür. Bildirilir ki, yaxın günlərdə Xodson-Odoi həftəsinə 100 min funt almaq şərtilə yeni müqavilə imzalayacaq. Futbolçu klubdan ayrılmaq istəyir. Oyun praktikası əldə etməməsindən narazıdır. Chelsea-da hesab edirlər ki, yeni müqavilə istedadlı forvardı fikrindən daşındıracaq.

İngiltərə millisində debüt edən futbolçu Bayer Münich, Barcelona və Manchester United-in diqqət mərkəzindədir.