"Çiçek taksi"nin aktyoru ağır vəziyyətdədir


Digərləri 29 Mar 2019 19:29:00 210 0

"Çiçek taksi"nin aktyoru ağır vəziyyətdədir

92 yaşlı aktyor Eşref Kolçak ağçiyərlərindən müalicə edilsə də səhhəti pisləşib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, yanvarda ağciyərlərinə su toplandığı üçün Bursa Çekirge Dövlət xəstəxanasına aparılan aktyor gəzə bilməkdə çətinlik çəkir.   Onur Akay və Nursel Eroğlu Bursaya gedərək Eşrefi müalicə olunduğu xəstəxanada ziyarət edib.  Kolçakın ağçiyərlərinin müalicə edildiyi, lakin ayağında yaranan çürümə nəticəsində yerindən qalxa bilmədiyi öyrənilib. Eroğluna açıqlama verən aktyor "Film sahəsində 75 illik müəllif hüquqları haqqımı əldə etmədən dünyamı dəyişərsəm, gözlərim açıq gedərəm" deyib. Sevənlərinə səsli mesaj göndərən aktyor "Siz məni nə qədər çox sevirsizsə, mən sizi onun iki misli sevirəm. Hamınızı ürəkdən öpürəm" deyə, söyləyib.