Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı ilə bağlı danışıqlara dair ilkin razılıq əldə olunub (FOTO)


Digərləri 29 Mar 2019 19:26:00 244 0

Macarıstanla Azərbaycan arasında enerji əməkdaşlığı ilə bağlı danışıqlara dair ilkin razılıq əldə olunub (FOTO)

SOCAR-ın prezidenti Macarıstanın Xarici İşlər və Ticarət naziri ilə görüşüb

Bakı. SOCAR-ın prezidenti Rövnəq Abdullayev Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb. SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə qeyd olunub ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf edir. Hər iki dövlətin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətlərini ifadə ediblər.