Şərqşünas alimin “Fars dili” dərslikləri çapdan çıxıb


Digərləri 29 Mar 2019 19:08:00 467 0

Şərqşünas alimin “Fars dili” dərslikləri çapdan çıxıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Fars dili” dərslikləri çapdan çıxıb.

Bakı. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Fars dili” dərslikləri çapdan çıxıb. İnstitutdan Trend-ə verilən məlumata görə, dərsliklərdən biri ibtidai, ikincisi orta səviyyə üçün nəzərdə tutulub. Fars dilini daha rahat öyrənmək üçün müasir metodlara cavab verən, həm kitab, həm də CD-dən ibarət olan ibtidai səviyyə üçün vəsaitdə 50 mətn, 30 cizgi filmi yer alıb. Ona görə də kitab iki hissəyə bölünüb. Kitabın CD hissəsində mətnlərin oxunuşu və Azərbaycan dilinə tərcüməsi, ikinci hissədə isə cizgi filmlərinin tam mətni verilib. Kitabın birinci hissəsində fars dilinin qrammatikası qısa qaydalar şəklində və misallar əsasında izah olunub, ikinci hissədə isə danışıq dilinin qaydalarına yer ayrılıb. Mətnlər ibtidai səviyyə üçün nəzərdə tutulduğundan dili sadə və danışıq dilinə yaxındır. 80 dərsin sonunda lüğət verilib. Lüğət sinonimlər, transkripsiya və tərcümədən ibarətdir. Mətnlərdən sonra müxtəlif tapşırıqlar verilib ki, onların yerinə yetirilməsi həm öyrənilmiş sözlərin tətbiqinə, həm də oxunulan cümlənin tez bir zamanda dərkinə kömək göstərəcək.