Dünyanın ən uzun duz mağarası kəşf edildi


Dünya 29 Mar 2019 18:14:00 337 0

Dünyanın ən uzun duz mağarası kəşf edildi

İsraildə dünyanın ən uzun duz mağarası kəşf edilib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, israilli mağara tədqiqatçısı Ölü dəniz yaxınlığında dünyanın ən uzun mağarasını tapıb. Malham adlı mağara İsrailin 10 kilometr uzunluğu olan ən böyük dağı sayılan Sodom dağından keçərək Ölü dənizin cənubi-qərbinə açılır.

Mağaranın bəzi divarları duz kristalları və duz salxımları ilə doludur. Bəzi salxımların ucunda isə duzlu su damlaları var.


Xəbərə aid fotolar