Bakıda bu marşrut BakuBusa keçir


Digərləri 29 Mar 2019 17:47:00 207 0

Bakıda bu marşrut BakuBusa keçir

Martın 31-dən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "BakuBus" MMC-nin istismarında olan iritutumlu "İveco" markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib.

Belə ki, avtobusların son dayanacaq məntəqəsi "Dərnəgül" Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib.