Əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların gələn ilin əvvəlindən tətbiqi gözlənilir


Digərləri 29 Mar 2019 17:09:00 200 0

Əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların gələn ilin əvvəlindən tətbiqi gözlənilir

"Əlilliyin qiymətləndirilməsinə dair hazırlanmış yeni meyarların təsdiqi ilə bağlı cari ildə müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur. Gələn ilin əvvəlindən isə həmin yeni meyarların tətbiqinə başlanması gözlənilir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müsahibəsi zamanı bildirib.

Nazir əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlandığını deyib. O qeyd edib ki, bununla əlaqədar xəstəliklərin insan orqanizminin funksiyalarında, özünəqulluq və fəaliyyət qabiliyyətində hansı dərəcədə məhdudiyyətlər yaratması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin işçi qrupları tərəfindən geniş araşdırmalar aparılıb.