Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri arasında görüş başlayıb FOTO


Siyasət 29 Mar 2019 14:21:00 192 0

Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri arasında görüş başlayıb  FOTO

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələləri müzakirə olunur.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.


Xəbərə aid fotolar