Baki-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı Bakıya çatıb (FOTO)


Digərləri 29 Mar 2019 14:03:26 219 0

Baki-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı Bakıya  çatıb (FOTO)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb.

Bakı. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. QSC-dən Trend-ə verilən məlumata görə, 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə imzalanıb. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb.