"Diqlas"dakı yanğınla əlaqədar komissiya yaradıldı


Siyasət 29 Mar 2019 13:25:02 209 0

"Diqlas"dakı yanğınla əlaqədar komissiya yaradıldı

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov - Azərbaycan Respublikasının vergilər naziri Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri Pərviz Şahbazov - Azərbaycan Respublikasının energetika naziri Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru Səfər Mehdiyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Arif Qasımov - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

Komissiyaya tapşırılsın ki, hadisənin səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.