İçkili halda dava saldı,


Kriminal 29 Mar 2019 13:27:00 288 0

İçkili halda dava saldı,

Spirtli içki qəbul edib tanımadığı şəxslə əlbəyaxa dava salan şəxsin sonu bıçaqlanma ilə bitib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qum adası, Bağ massivində baş verib. 

1978-ci il təvəllüdlü Mustafayev Azad Nurəddin oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yaraları, sol qulağın kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.