Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qaydalar təsdiq edildi


Digərləri 29 Mar 2019 13:06:00 210 0

Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qaydalar təsdiq edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Belə ki, qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.