Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək


Digərləri 29 Mar 2019 12:51:00 260 0

Orta məktəblərdə bu şagirdlərə pul mükafatı veriləcək

Azərbaycanda ümumi təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Ümumi təhsil haqqında" qanun layihəsində öz əksini tapıb.

Bundan başqa qanun layihəsində qeyd olunub ki, ümumi təhsil müəssisəsi təhsildə nailiyyətləri ilə fərqlənən, eləcə də ölkə və beynəlxalq olimpiadaların qalibləri olan təhsilalanlar üçün ümumi təhsil müəssisəsinin öz vəsaiti hesabına məqsədli pul mükafatı təsis edə bilər.