Bu qurumlarda maaşlar artırıldı


Digərləri 29 Mar 2019 12:50:00 242 0

Bu qurumlarda maaşlar artırıldı

Azərbaycan Hesablama Palatasının üzvlərinin, Konstitusiya Məhkəməsinin sədrinin və hakimlərinin əmək haqları artırılır.

Bakı. Elçin Mehdiyev – Azərbaycan Hesablama Palatasının üzvlərinin, Konstitusiya Məhkəməsinin sədrinin və hakimlərinin əmək haqları artırılır. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hesablama Palatası haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişikliklərdə öz əksini tapıb. “Hesablama Palatası haqqında” qanuna dəyişikliyə əsasən, Palata üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.