Azərbaycanda “kupça” yeni qayda ilə veriləcək


Digərləri 29 Mar 2019 12:57:00 223 0

Azərbaycanda “kupça” yeni qayda ilə veriləcək

Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestri çıxarışlarının kağız formada təqdim edilməsi prosedurları tamamilə aradan qaldırılır. Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, çıxarışların yalnız elektron üsulla təqdim olunması nəzərdə tutulur.