“BP Azərbaycan”ın kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunub (FOTO)


Digərləri 29 Mar 2019 10:40:43 201 0

“BP Azərbaycan”ın kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunub (FOTO)

“BP Azərbaycan” şirkətinin kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunublar.

Bakı. “BP Azərbaycan” şirkətinin kadrları yüksək beynəlxalq vəzifələrə təyin olunublar. Şirkətdən Trend-ə verilən məlumata görə, hazırda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezidenti olan Orxan Quliyev, bu ilin 1 iyunundan BP-nin Rumaila bölümündə baş menecer vəzifəsinə təyin olunur. Bu yeni vəzifədə O.Quliyev BP-nin İraqdakı Upstream biznes bölümünə rəhbərlik edəcək. O, Yaxın Şərq üzrə rəhbərlik qrupunun üzvü və qlobal əməliyyatlar təşkilatının geniş tərkibli rəhbərlik qrupunun üzvü olacaq. BP-də işlədiyi ötən 23 il ərzində O.Quliyev AGT regionunda və Londonda "Bakı-Tbilisi-Ceyhan", "Cənubi Qafqaz Boru Kəməri" və “Azəri-Çıraq-Günəşli” layihələri çərçivəsində dənizdə, layihələrin mühəndislik təminatı və layihələrin idarə olunması sahələrində əməliyyatlara aid rəhbər vəzifələr tutmaqla əməliyyatlar və əsas layihələr ilə əlaqədar böyük təcrübə qazanıb. O.Quliyev Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası ilə magistr dərəcəsi və Azərbaycan Neft Akademiyasını qaz axınlarının dinamikası üzrə doktorluq dərəcəsi ilə bitirib.