Bakıda kafedə dava - 1 nəfər ürəyindən bıçaqlandı


Digərləri 29 Mar 2019 10:34:00 241 0

Bakıda kafedə dava - 1 nəfər ürəyindən bıçaqlandı

Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda kafedə bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 108/118 ünvanında yerləşən "Papa Cinema lounge" kafedə baş verib. Paytaxtın Səbail rayonu, Bülbül prospekti ev 2, mənzil 80/82-də yaşayan Qasımov Əliyar Ərəstun oğlu həmin kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.