Bakıdan Ciddəyə aviabiletlər satışa çıxarılıb


Digərləri 29 Mar 2019 10:29:15 235 0

Bakıdan Ciddəyə aviabiletlər satışa çıxarılıb

Birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək.

Bakı. Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın (AZAL) www.azal.az saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılmışdır. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq. Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.