Vəkil olmaq istəyənlər imtahan verəcəklər


Digərləri 29 Mar 2019 09:53:00 233 0

Vəkil olmaq istəyənlər imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi martın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Son.az xəbər verir ki, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılmışdır. İmtahanda iştirak etmək üçün 250 nəfər qeydiyyatdan keçmişdir.

İmtahan saat 10:00-da başlayır və 3 saat davam edəcək.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.